...

Minskdə MDB ölkələri gömrük xidmətləri rəhbərlərinin növbəti iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2006 14:48 (UTC +04:00)

İyunun 7-də Minskdə MDB ölkələrinin gömrük xidmətləri rəhbərləri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.

Bununla eyni zamanda Belorusiyanın paytaxtında EvrAzEs İnteqrasiya Komitəsi yanında Gömrük xidmətlərinin rəhbərləri Şurasının 30-cu iclası keçiriləcək.

Birlik ölkələrinin gömrük xidmətləri rəhbərləri MDB çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməlidir.

Xəbər lenti

Xəbər lenti