...

Azərbaycan müsbət miqrasiya saldosuna malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2006 18:55 (UTC +04:00)

Bu gün 4 min xarici vətəndaş Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyindən Azərbaycanda əmək fəaliyyəti göstərmək üçün müvafiq icazə alıb. Bu barədə Trend ə Nazirliyin Məşğulluq siyasəti idarəsinin rəisi Vahab Məmmədov məlumat verib. Bu əsasən, neft müqavilələri ilə əlaqədardır.

V.Məmmədov qeyd edib ki, qeyri-neft sektorunda hər şeydən əvvəl daxili ehtiyatlarımızı reallaşdırmağa çalışırıq.

Diqqətəlayiq faktdır ki, rəsmi məlumatlara görə, bu gün Azərbaycana gələn və gedən şəxslər arasında Azərbaycanın xeyrinə müsbət miqrasiya saldosu yaranır. 10-15 il bundan əvvəl bizdə mənfi saldo mövcud idi və gedənlər çoxluq təşkil edirdi. Mənfi saldo 63, müsbət saldo isə bir neçə min idi. Xarici investisiyalarla yanaşı xaricdən respublikaya əmək miqrantı axını da gəlir. Onun sözlərinə görə, hökumətin vəzifəsi daxili əmək bazarında müvafiq mövqeyni qoruyub saxlamaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti