...

"Gürcüstan Dəmiryolu"nun qatarı Moskvaya Bakıdan keçməklə yola salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2006 19:53 (UTC +04:00)

"Gürcüstan dəmiryolu" MMC Tbilisi-Bakı-Moskva qatarının hərəkətini dirçəldəcək. 13 illik fasilədən sonra ilk qatar Tbilisinin dəmiryolu vağzalından mayın 27-də, Tbilisi vaxtı ilə 17:15-də çıxacaq.

"Gürcüstan dəmiryolu" MMC -dən Trend in Gürcüstandakı xüsusi müxbirinə verilən məlumata görə, bu layihə çoxdan hazırlanır və hərəkətin bərpa edilməsi barədə razılaşma məsləhətləşmələr yolu ilə əldə olunub.

Birinci mərhələdə sərnişin qatarı həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günü yola düşəcək. Bakıdan Bakı-Moskva qatarına qoşulacaq iki vaqon yola düşəcək. Kupeyə biletin qiyməti 110 dollar, platskartda isə 75 dollar təşkil edir.

MMC-dən bildirilib ki, sorğuların miqdarından asılı olaraq Tbilisidən vaqonların sayı artırılacaq. Bu barədə Bakı ilə ilkin razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti