...

BBVB-nin müdiri yenidən MDB BBA Şurasının idarə heyətinə seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 12:26 (UTC +04:00)

5 MDB dövlətindən 14 təşkilat başçısının iştirak etdiyi MDB ölkələri Beynəlxalq Birjalar Assosiasiyasının (BBA) ümumi iclasının qərarı ilə Bakı Banklararası Valyuta Birjasının (BBVB) müdiri Fərhad Əmirbəyov həmin Assosiasiyanın İdarə Heyətinə yenidən seçilib. Trend in BBIB-nin məlumatına istinadən xəbər verdiyi kimi, Assosiasiyanın iclasında MDB BBA-nın 2005-ci ildə göstərdiyi fəaliyyətin yekunlarına dair illik hesabat təsdiqlənib.

Görüş iştirakçıları MDB ölkələrinin milli maliyyə bazarlarının durumu və inkişaf perspektivlərini müzakirə edib, eləcə də RTS Fond Birjasını BBA-nın üzvlüyünə qəbul edib. MDB ölkələri Beynəlxalq Birjalar Assosiasiyası 2000-ci ildə Moskvada beynəlxalq standartlara uyğun olaraq mütəşəkkil maliyyə bazarlarının inkişafı üzrə qüvvələrin koordinasiyası məqsədilə təsis edilib.

Bu Assosiasiyanın tərkibinə Birliyin 9 ölkəsindən 18 birja və 3 depozitar təşkilat daxildir ki, bunlar da qarşılıqlı maliyyə dövriyyəsinin xidmət edilməsində, valyuta, qiymətli kağızlar, müəssisələrin səhmləri ilə əməliyyatlarda mühüm rol oynayır. Bakı Banklararası Valyuta Birjası MDB BBA-nın təsisçilərindən biridir.

Xəbər lenti

Xəbər lenti