...

Həftə ərzində Azərbaycan valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2006 13:14 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi 0,0003 bənd (0,03%) möhkəmlənib. Ötən həftə manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 0,89612 manat müəyyən edilib.

Trend in xəbər verdiyi kimi, ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi 19 iyunda (1 ABŞ dolları 0,8963 manat), minimum məzənnəsi isə 22 iyunda və 23 iyunda (1 ABŞ dolları 0,8960 manat) müəyyən edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

anatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

12 iyun

0,8973

19 iyun

0,8963

13 iyun

0,8970

20 iyun

0,8961

14 iyun

0,8968

21 iyun

0,8962

15 iyun

-

22 iyun

0,8960

16 iyun

0,8963

23 iyun

0,8960

Həftə

ərzində

orta

0,89685

Həftə

ərzində

orta

0,89612

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında aparılmış sövdələşmələr nəticəsində müəyyən edilmiş birja məzənnəsi 0,0003 bənd (0,03%) artıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,89552 manat səviyyəsində müəyyən edilib.

Ötən həftə 1 ABŞ dollarının manata nisbətdə maksimum məzənnəsi 19 iyunda (1 ABŞ dollarına görə 0,8957 manat), minimum məzənnə isə 22 iyun və 23 iyunda (1 ABŞ dollarına görə 0,8954 manat) müəyyən edilib.

19 iyunda BEST-də $7,245 mln. (orta mübadilə məzənnəsi - 0,8957 AZN/USD), 20 iyunda - $6,3 mln. (məzənnə - 0,8955 AZN/USD), 21 iyunda - $10,860 mln (məzənnə - 0,8956 AZN/USD), 22 iyunda - $6,950 mln. (məzənnə - 0,8954 AZN/USD) və 23 iyunda $10,6 mln. (məzənnə - 0,8954 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

12 iyun

0,8965

19 iyun

0,8957

13 iyun

0,8960

20 iyun

0,8955

14 iyun

0,8962

21 iyun

0,8956

15 iyun

-

22 iyun

0,8954

16 iyun

0,8954

23 iyun

0,8954

Həftə

ərzində

orta

0,896025

Həftə

ərzində

orta

0,89552

Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələşmə aparılmayıb.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti, demək olar ki, sabit olub.

Bütün həftə ərzində vauçerin qiyməti, ötən həftə olduğu kimi, 80 min köhnə manat (16 AZN) səviyyəsində olub. Yalnız iyunun 19-da əvvəlcə onun qiyməti 75 min manat (15 AZN), axşam isə 80 min manata (16 AZN) qədər qalxıb.

Xəbər lenti

Xəbər lenti