...

Azərbaycan höküməti və Dünya bankı yeni nəqliyyat layihələrini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2006 13:57 (UTC +04:00)

Nazirlər Kabinetində baş nazir müavini Abid Şərifovun iştirakı ilə yol infrastrukturu mütəxəssisi Olivye Le Berin rəhbərlik etdiyi Dünya bankının missiyası ilə yeni nəqliyyat layihələri müzakirə edilib. Bank bu layihələrin maliyyələşdirilməsində maraqlıdır.

Hökümətdən Trend ə verilən xəbərə görə, görüşdə bankın ekspertləri 750 km uzunluqlu avtomobil yollarının maliyyələşdirilməsi üçün 300 milyon ABŞ dolları ayırmaq istədiyini bildirib. DB-nin vəsait qoymaq istədiyi yeni ərazilərə İsmayıllıdan Qara-Məryəmə (Göyçay və Ağsu arasında), Mingəçevirdən İsmayıllıya gedən avtoyollar daxildir.

Bankçılar kənd, rayon təyinatlı avtoyolların, Zaqatala, Balakən rayonları ərazisindən keçən yolların maliyyələşdirilməsini təklif edirlər.

Azərbaycan höküməti DB-nin avtomobil yollarının bərpasında ölkəyə yardım etmək istəyini salamlayıb, lakin layihələrin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq lazım gələcək. Nəqliyyat nazirliyi xarici məsləhətçilər vasitəsilə layihələrin qiymətləndirilməsi öhdəliyini öz üzərinə götürüb.

Dünya bankı yol layihələrinə BYİB xətti üzrə vəsait ayıracaq. DB-nin Azərbaycan höküməti ilə tərəfdaşlıq strategiyası çərçivəsində üç il ərzində yol layihələrinə 550 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulub. Hazırda bu məbləğdən 200 milyon ABŞ dollarının ayrılması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti