...

Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Belçikaya işguzar səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2006 13:44 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsinin, komitə rəhbərlərinin və beynəlxalq məsləhətçilərin də daxil olduğu nümayəndə heyəti Brüsseldə işguzar səfərdə olub. Trend DGK-ya istinadən məlumat verir ki, DGK-nın sədr müavini Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyətinin səfəri noyabrın 20-dən 25-nə kimi "Azərbaycanın gömrük sisteminin təkmilləşdirilməsi" layihəsi çərçivəsində keçib.

Hazırda Azərbaycanın yeni gömrük məcəlləsinin ilkin variantının hazırlığı başa çatıb və səfərin əsas məqsədi əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Avropa Birliyinin müvafiq strukturlarında sənədin müzakirəsi, bu istiqamətdə fikir mübadiləsi aparmaq, bu məsələ ilə bağlı rəyləri, tövsiyyələri və təklifləri qəbul etmək olub. Ümumiyyətlə, adı çəkilən strukturlarda Azərbaycannın gömrük sferasında islahatlar və yeni məcəllənin gömrük əməliyyatlarında şəffaflığı təmin edəcəyi, onların sadələşdirilməsini, mal mübadiləsini tezləşdirməyi, informasiya texnologiyalarını daha geniş istifadə etməyə xidmət edəcəyi qeyd olunub.

Əvvəllər oxşar səfərlər İsveç və Estoniyaya da təşkil olunub.

Avropa Komissiyasının vəsaiti hesabına maliyyələşdirilən və UN DP tərəfindən reallaşdırılan Azərbaycanın gömrük sisteminin təkmilləşdirilməsinə yönələn layihənin təşkilinə 2006-cı ilin yanvarından başlanıb. Layihənin məqsədi DGK -nin qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində yardım göstərmək, onu dünya standardlarına, xüsusilə Avropa Birliyinin gömrük məcəlləsinə uyğunlaşdırmaq, DGK -nin informasiya texnologiyalarının inkişafı strateğiyasının təkmilləşdirilmək və reallaşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti