...

Azərbaycan "Berlin-2007" Beynəlxalq Yaşıl Həftə sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 15:09 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin ən məhşur Almaniya aqrosənaye sərgisində - Berlin 2007 - Beynəlxalq Yaşıl Həftə (İnternational Green Week berlin 2007) - iştirak etmələri gözlənilir. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər.

Bağçılıq, kənd təsərrüfatı və qida sənayesi sərgisi 2007-ci il yanvarın 19-dan 28-dək Berlin sərgi mərkəzində keçiriləcək.

Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun da iştirkaı istisna olunmur. Ola bilər ki, o, aqrar sahədə müxtəlif ölkələrin dövlət strukturlarının, beynəlxalq təşkilatların və s. nümayəndələri ilə görüşlər keçirilsin.

Qida, kənd təsərrüfatı və bağçılıq sənayesi məhsullarının sərgisi ilk dəfə 1926-cı ildə keçirilib. Sərgidə qida sənayesini bütün spektrlərdə görmək olar - ət və kolbasa məmulatlarından tutmuş meyvə və tərəvəzədək, dəniz məhsullarından çaya, çaxıra, tünd içkilərədək. Burada həmçinin toxumlar, kənd təsərrüfatı avadanlıqları, istixanalar və başqa müxtəlif mallar təqdim olunub.

Berlin 2007 Beynəlxalq Yaşıl Həftə sərgisi çərçivəsində kənd təsərrüfatıüçün məhsulların, meşəçilik və landşaft layihələşməsinin satışı, baxışı və müxtəlif simpoziumlar, seminarlar, forumlar və digər tədbirlər keçirilir.

Sərginin təşkilatçıları istehlakçılardan savayı, məqsədli qruplar kimi qida sənayesi təmsilçilərini, topdan və pərakəndə satıcılarını, kənd təsərrüfatı məhsullarının idxalçılarını, elmi mütəxxəssisləri göstərirlər.

2007-ci ildə sərgi 72-ci dəfə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti