...

Ukrayna höküməti Azərbaycana əməkdaşlığın 4 istiqamətində təkliflər təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 20:54 (UTC +04:00)

Ukrayna höküməti Azərbaycana əməkdaşlığın dörd istiqamətində dörd təkliflər paketi təqdim edib ki, bunlar Ukrayna baş nazirinin Bakıya birgünlük səfəri çərçivəsində müzakirə predmeti olub, bu barədə Trend xəbər verir.

Ukraynanın baş naziri Viktor Yanukoviçin fikrincə, təkliflər daha çoxdur, lakin ən iriləri neft-qaz kompleksinə aiddir, məsələ təkcə neftin nəqlində deyil, həm də birgə hasilat, üçüncü ölkə ilə neft və qazın nəqli bölgələrarası məsələlərdə birgə siyasət aparılmasını da əhatə edir.

"Biz hesab edirik ki, Odessa-Brodı marşrutu karbohidrogen xammalının konkret olaraq neftin Ukrayna bölgələrinə və daha uzaqlara nəqli yollarından biridir"-deyə AR-in baş naziri Artur Rəsizadə birgə brifinqdə söyləyib. Növbəti məsələ ticarət iqtisadi əlaqələrdir və V. Yanukoviçin fikrincə, bu istiqamətdə istifadə olunmamış potensial imkanlar var. "Azərbaycan üçün bizim formalaşdırdığımız təkliflər paketi, bizim fikrimizcə, ölkələrimiz arasında əmtəə mübadiləsini əhəmiyyətli dərəcədə artırır. Biz özümüz üçün yaxın iki il ərzində əmtəə mübadiləsinin 500 mln. dollardan artıq olmasını müəyyənləşdirmişik"- V. Yanukoviç qeyd edib.

Onun sözlərinə görə, hər iki ölkənin maraqlarına uyğun Azərbaycan və Ukraynanın keçirmək istədiyi bir sıra layihələr var. Növbədə hərbi texniki və aviaqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləridir.

Xəbər lenti

Xəbər lenti