...

Azərbaycan Beynəlxalq Bankı informasiya texnologiyaları sahəsində nailiyyətə görə mükafata layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2006 16:32 (UTC +04:00)

Bakıda "IT Magazine" jurnalının təsis etdiyi "İntellekt 2006" mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. ABB məlumatına istinadən Trend xəbər verir ki, ABB-nin iki şöbəsi mükafata layiq görülüb - İnformasiya texnologiyaları departamenti ("Ən yaxşı İT tətbiqi üzrə") və Bank təhlükəsizliyi departamenti ("Bank strukturlarının informasiya təhlükəsizliyi sahəsində İT tətbiqi üzrə").

Məlumatda deyilir ki, son 5 ildə ABB yeni informasiya texnologiyaları ilə işdə böyük nəticələr əldə edib. Bu yaxınlarda "Flexcube" müasir informasiya sisteminə miqrasiyanın hazırlığı uğurla başa çatdırılıb. Qeyd etmək lazımdır ki, banka bu sistemin tətbiq edlilməsi ilə yanaşı, bankın İT departamentinin mütxəssislər qrupu oxşar layihə çərçivəsində "Kapital Bank"a da fəal şəkildə məsləhətlər verib.

ABB-nin idarə heyətinin üzvü, dipartament direktoru Qubad Hüseynov bildirib: "ABB-də Bank təhlükəsizliyi departamenti 2001-ci ildə yaradılıb və 5 il ərzində bankın fiziki mühafizəsindən tutmuş bankın informasiya strukturlarının inkiaşfını müəyyən edən informasiya təhlükəsizliyi strukturuna kimi inkişaf yolu keçib".

Bank Təhlükəsizliyi departamenti qarşısında qoyulan birinci vəzifə avtomatik bank sisteminə (ABS) daxil olmağın qaydasının dəqiq reqlamentasiyası və unifikasiyası olub, belə ki, 2001-ci ildə bu iş praktiki şəkildə aparılmırdı və mühüm informasiyalara daxil olmaq sistemsiz şəkildə həyata keçirilirdi. Q.Hüseynov bildirib: "Bu vəzifə həll edilərkən ortaya çıxan problemlər, bunun nəticəsində qarşısı alınan fırıldaq cəhdləri bankın etibarlı fəaliyyəti üçün informasiya təhlükəsizliyinin nə qədər vacib olmasını bir daha sübut etdi".

Hazırda hər iki şöbə ABB-nin öz sifarişçilərinə təqdim etdiyi elektron bankinq xidmətlərinin spektrinin genişləndirilməsi üzərində (İnternet Bankinq, Mobil bankinq, elektron ticarət, informasiya köşkləri, POS-terminallar, bankomatlar, komunal xidmətlərin və rabitənin ödənilməsi, metropolitendə qeyri-nəğd ödəmələr və s.) iş aparır.

Xəbər lenti

Xəbər lenti