...

"Mirzağa Xəlilov" gəmisi Rusiya gəmiləri içində Əla ECO iqtisadi simvolunu alan birinci gəmi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 19:12 (UTC +04:00)

Rusiya Dəniz Gəmiçiliyi Reqistri (RDGR) RSD-17 layihəsilə Krasnoe Sormovo zavodunda Palmali Group gəmiçilik şirkəti üçün Mirzağa Xəlilov qabaqcıl quruyüklü gəmisini ECO standartlarına müvafiq olaraq sertifikatlaşdırıb, bu barədə Trend DNL-nin cümə axşamı yayılmış məlumatına istinadən xəbər verir.

Bu tələblər RDGR-ə bu il tətbiq olunub, və onlar gəmi sahibləri üçün hökm deyil. Hərçənd, ECO simvolunun əlası sübut edir ki, gəminin ətraf mühitin çirkləndirilməsi nöqteyi-nəzərindən, yalnız MK MARPOL73/78 tələblərinə cavab verən gəmiyə nisbətən daha yüksək təhlükəsizlik standartı var. Sənəddə həm də qeyd olunur ki, bu rus tikintisində ilk ECO simvollu gəmidir. Öz növbəsində, RDGR üçün bu ilk ECO tələblərinə cavab verən ilk gəmi təsnifatıdır. ECO simvolunun alınması şərti gəminin suya və atmosferə tullantılarda həmçinin enerji sərf etməsində sərt kriteriyalara malik olmasıdır. Krasnıy Sormovoda qayrılmış Quruyük gəmisi bütün müasir normalı iqtisadi standartlara cavab verir.

Palmali Group şirkətinin vitse prezidenti cənab Usupovun sözlərinə görə: "Bizim şirkət gəmisinin Rusiya gəmiləri içində ECO iqtisadi simvolunu qazanmış "Mircağa Xəlilov" gəmisi ilə fəxr edir.Bu onu sübut edir ki, bizim şirkətin iqtisadi məsuliyyəti yüksək qiymətləndirilir, iqtisadi risklər isə çox aşağıdır. Qeyd etmək vacibdir ki, sonrakı seriyalı gəmilər də yuxarıda göstərilən standartlara cavab verəcək".

Böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının şərəfinə adlandırılacaq bu seriyadan olan ikici gəminin buraxılışı bu ilin 29 dekabrına təyin olunub.

6270 ton dedveytli məhdud rayonda üzən RSD17 quru yük gəmisi beynəlxalq standartlı 20-40 futluq konteynerlər, 9 fut hündürlüyündə metal, taxıl, meşə, kömür və başqa böyük ölçülü, ağırçıkili məhsullar da daxil olmaqla müxtəlif növ əsas yüklərin daşınması üçün nəzərdə tutulub.

DNLQrupunun gəmiqayırma üzrə direktoru Mixail Eyvazov sertifikasiyalaşma barədə aşağıdakıları deyib: "RDGR bizim şirkət tərəfindən düzəldilmiş ekoloji təmiz quruyük gəmilərinin siyahısını açıqlayıb. Bu bizi sevindirir. ECO sivolunun alınması verf məhsuldunun DNL qrupunun iqtisadi təhlükəsizlik üzrə ən müasir normalı beynəlxalq standartlara cavab verməsini göstərir. Bizim sifarişçilərimiz üçün isə bu, yükesəkrəqabətli gəmiçilik bazarında əlavə və çox çəkili əmlakdır".

Palmali və DNL qrupunun müqaviləsində bu layihənin beş quruyüklüsünün düzəldilməsi nəzərdə tutulub. Qabaqcıl gəmi 2006-cı ilin noya brında təhvil verilib, qalan dörd quruyüklünün 2007-ci ilin oktyabrında düzəldilməsi planlaşdırılıb. Bu seriyadan olan bütün gəmilərin ötən ilin dekabrında bünövrəsi qoyulub.

Dəniz Neftqaz Layihə qrupu gəmiqayırma və dəniz qazma platforması mühəndisliyi sahəsində layihələrin idarəsini həyata keçirən beynəlxalq şirkətdir. Qrupa aparıcı Rus gəmiverfləri daxildir: Krasnoe Sermovo zavodu (Nijniy Novqorod), Nijeqorodskiy Teploxod zavodu, Volqoqrad Gəmiqayırma zavodu, III İnternasional adına Həştərxan Gəmiqayırma və gəmitəmiri zavodu, həmçinin Sormova maşıqayırma zavodu, Volqoqrad xüsusi maşınqayırma zavodu, Korral zavodu (Ukrayna), volqa-xəzər GQ və Friede & Goldman (ABŞ).

Xəbər lenti

Xəbər lenti