...

Qaradağ Sement 2007-ci ildə sementin qiymətinə yenidən baxmaq niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 17:47 (UTC +04:00)

Qaradağ Sement 2007-ci ildə sementin qiymətinə yenidən baxmaq niyyətində deyil. Trend xəbər verir ki, bu barədə cümə axşamı şirkətin başçısı Horial Edrian bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmış qiymətlər aktualdır.

Əvvəl İİN-nin təklifi və dəstəyi ilə Azərbaycanda sementin sabit qiymətinin saxlanması üçün Qaradağ Sement yeni satış sisteminin formalaşmasını başa çatdırıb. Belə zərurət tikinti materiallarına olan tələbatın kəskin artması nəticəsində son vaxtlar Azərbaycanda müşahidə olunan sement çatışmazlığından yaranıb.

Qaradağ Sement-də istehsal olunan bir kisə sementin qiyməti enerji daşıyıcıları və yanacağın qiymətindəki son dəyişiklikləri nəzərə almaqla müəyyən olunub. 50 kq Optimal sementinin qiyməti 7,25 manat, Special sementinin (50 kq) qiyməti isə - 7,95 manat səviyyəsində müəyyən olunub.

"Sementin qiymətində sabitliyin təmin olunmasını İİN həyata keçirir. Spekulyasiyaya gəlincə, deyə bilərəm ki, hazırda biz bunu gözləmirik, çünki qış aylarında sementə olan tələbat aşağı düşür", - deyə şirkət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti