...

"Pasha Sigorta" sığorta şirkətinin maliyyə fəaliyyətinə dair hesabat auditoru seçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 13:05 (UTC +04:00)

"Pasha Sigorta" Azərbaycan sığorta şirkəti maliyyə fəaliyyətinə dair hesabat auditoru seçir. Bu barədə çərşənbə axşamı Trend ə "Pasha Sigorta"nın baş direktor müavini Nofəl Rzayev bildirib.

Onun sözlərinə görə, auditor seçimi 2006-2007-ci il şirkətin fəaliyyətinin beynəlxalq auditi planı ilə əlaqədar keçirilir.

Qeyd edək ki, "Pasha Sigorta"nın seçimi Bakıda təmsil olunan dünyanın 4 aparıcı auditor təşkilatı sırasından ediləcək.

"Pasha Sigorta" 2006-cı il martın 3-də Azərbaycan qanunvericiliyinə müvafiq yaradılıb. "Pasha Sigorta" nizamnamə kapitalı 1 milyon AZN olan qapalı səhmdar cəmiyyətdir.

Xəbər lenti

Xəbər lenti