...

Azərbaycanın Vergilər Nazirliyi vergi normasının optimal səviyyəsinin müəyyənləşdirilməsi üçün metodologiya hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 18:44 (UTC +04:00)

Vergilər Nazirliyi Azərbaycanda elmi əsaslandırma nöqteyi-nəzərindən vergi normalarının optimal səviyyəsinin müəyyənləşdirilməsi üçün modullar hazırlayır. Trend nazirliyin Baş vergi siyasəti və strateji araşdırmalar idarəsinin rəisi Akif Musayevə istinadən xəbər verir ki, bu istiqamətdə metodologiya hazırlanır. Bununla yanaşı, Azərbaycanda iqtisadiyyatın vergi yükü və vergi normaları bölgədə ən aşağıdır.

Optimallıq səviyyəsinin müəyyən olunması bir çox amillərdən asılıdır və bunun üçün ciddi elmi araşdırmalar tələb olunur. 2007-ci ildə vergi qanunvericiliyində edilən düzəlişlərdə vergi normaları dəyişikliyə məruz qalmayıb. Vergi yükünün, o cümlədən mənfəət vergisinin azaldılması üzrə tədbirlər çərçivəsində onun normasını hər il nəzərdən keçirmək məqsədəuyğun hesab olunmur. 2006-cı ildən mənfəət vergisi üzrə norma 22% təşkil edir, buna qədər iki il ərzində 24% norma var idi. Əvvəlki dəyişikliklər 2004-cü ildə baş verib, o vaxta qədər 25 % norma tətbiq olunurdu. Mənfəət vergisi normasının 20%-ə qədər azaldılmasını (5%) hökumət 5 il ərzində həyata keçirməyi nəzərdə tutub. Əgər nəzərə alsaq ki, 2007-ci ildə növbəti azalma olmayıb, o zaman fərz etmək olar ki, 2008-ci ildə artıq məqsədə çatmaq mümkün olacaq (20%). Başqa bir dəyişiklik həmçinin 2006-cı ildə gəlir vergisində baş verib. Burada 35% maksimal normanın qoyulduğu gəlirin məbləği 600-dən 1 min manata qədər artıb.

Xəbər lenti

Xəbər lenti