...

2007-ci ildən etibarən Azərbaycanda minik avtomobillərinin idxalına aksiz vergisinin qoyulması həcmə təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 14:03 (UTC +04:00)

2007-ci ildən etibarən respublikaya ixrac olunan minik maşınları və müxtəlif təyinatlı yaxtalara aksiz vergisinin qoyulmasına baxmayaraq, 2007-ci ilin yanvarında Azərbaycanda avtomobil vasitələrinin idxal həcminin azalması müşahidə olunmayıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Trend ə verdiyi xəbərə görə, ümumi tendensiya saxlanılıb.

"Azərbaycana avtomobil vasitələrinin idxal bumu 2006-cı ilin noyabr-dekabr aylarında olub, bu isə yeni ildən aksiz vergisinin tətbiq olunması qərarı ilə bağlı idi. Lakin avtomobil vasitələrinin sayı üzrə dəqiq məlumatların 15 fevral 2007-ci il tarixə qədər əldə olunacağı gözlənilir", - deyə A.Əliyev qeyd edib.

Onun fikrincə, gömrük yığımları üzrə proqnozların yerinə yetirilməsi ilə bağlı 2007-ci ildə problemlərin olacağı güman edilmir.

"Birinci ay 2007-ci ildə gömrük yığımları üzrə proqnozların yerinə yetirilməsinin mümkün olduğunu göstərdi, belə ki, avtomobil vasitələrinin idxalına aksiz vergisinin qoyulması avtomobil ixracının sayına təsir göstərmədi. Axın pik aylarda azalıb", - deyə DGK başçısı qeyd edib.

Bundan başqa, aprelin 1-dən Azərbaycana ixrac olunan spirtli içkilərə aksiz vergisi də artırılıb, müvafiq olaraq, bu, həmçinin gömrük vergilərinin yığımlarına da təsir göstərəcək. Yanvarda DGK xətti üzrə proqnoz 102% yerinə yetirilib və daxilolmalar 59 mln. manatı ötür.

2007-ci ildən etibarən Azərbaycan idxal olunan avtomobillər üçün aksizin tutulmasının fərqli sistemini tətbiq edir. Motorunun həcmi 2 min kub metrə qədər olan avtonəqliyyat vasitələrinin faiz dərəcəsi hər kub santimetrə görə 0,15 manat təşkil edəcək. Mühərrikinin həcmi 3 min kub metrə qədər olan avtonəqliyyat vasitələri üçün vergi 2 min kub santimetrdən yuxarı hər kub santimetrə görə 300 manat + 1 manat təşkil edəcək. 4 min kub santimertrə qədər həcmdə avtonəqliyyat vasitələri üçün faiz dərəcəsi 3 min kub santimetrdən yuxarı hər kub santimetrə görə 1300 manat + 2 manat təşkil edəcək. 4 min kub santimertrdən yuxarı həcmdə avtonəqliyyat vasitələri üçün faiz dərəcəsi 4 min kub santimetrdən yuxarı hər kub santimetrə görə 3300 manat + 4 manat təşkil edəcək.

2007-ci il büdcəsində idxal olunan avtomobil və yaxtalardan aksiz tutulmasından Avtomobil yolları fonduna daxilolmaların 35 mln. manat səviyyəsində olacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti