...

Nazir: Agrolizing ASC 500 yeni iş yeri açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 16:08 (UTC +04:00)

Son iki il ərzində Azərbaycana Agrolizing ASC -nə 526 ədəd toxumyığan kombayn, 743 traktor, təxminən 200 müxtəlif kənd təsərrüfatı texnikası, 20 ekskavator və 72 min tondan çox mineral gübrə gətirilib. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasova istinadən Trend məlumat verir.

Regionlarda ASC-nin fermerlərə alınmış texnikanı təqdim edən 52 aqrotexniki servisi fəaliyyət göstərir. ASC-nin və onun Bakı və regionlarda filiallarının yaradılması nəticəsində Azərbaycanda 450-500 yeni iş yeri yaradılıb və buna əlavə olaraq 700 mexanizator işlə təmin olunub.

Agrolizing ASC 2004-cü ilin oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılması və yerli torpaq sahiblərindən kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə olunması və verilməsi ilə sahibkarlığa dəstək göstərməyə yönəldilib.

Xəbər lenti

Xəbər lenti