...

2006-cı ildə Bakıda 2 otaqlı mənzillərə tələbat liderlik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2007 12:19 (UTC +04:00)

2006-cı ildə Bakının daşınmaz əmlak bazarında otaqların sayı ilə bağlı mənzillərə olan tələbat dəyişib. Bu barədə "Caspian Property Services" qiymətləndirmə şirkətinə istinadən Trend məlumat verir.

Şirkətin məlumatına əsasən, bir il ərzində 1 otaqlı mənzillərə tələbat 27% olub, onların orta qiyməti 1 kv. m üçün 1137$ təşkil edib. 2 otaqlı mənzillərə tələbat 33,3% olub, orta qiymət 1 kv. m üçün 948$. 3 otaqlı mənzillərə tələbat 28,4% təşkil edib (1 kv.m üçün 1085$). 4 otaqlı mənzillərə tələbat - 27,5%, 1 kv. m üçün orta qiymət 1042$, 5 otaqlı mənzillər üçün tələbat - 14,6%, 1 kv. m üçün orta qiymət 794$ olub.

Xəbər lenti

Xəbər lenti