...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarını zərərverici həşəratlardan qorumaq üçün zəhərli kimyəvi preparatlar alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2007 14:00 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin yanında Fitosanitar nəzarət üzrə dövlət xidmətinin Bitkilərin müdafiəsi mərkəzi 2007-ci il üçün xüsusi təhlükəli karantin zərərvericilərlə mübarizə çərçivəsində preparatların satın alınması üçün tender elan edib. Bu barədə Trend mərkəzə istinadən xəbər verir.

Tender iki lot üzrə keçirilir: inteksisidlərin -herbisidlərin və rodentisidlərin satın alınması. Terderdə iştirakla maraqlanan şəxslər aprelin 17-dən gec olmayaraq, müvafiq sənədləri təqdim etməlidirlər, tender təkliflərinin olduğu paketlər aprelin 18-də mərkəzdə açılacaq.

Alınmış kimyəvi preparatlar 2007-ci ilin oktyabr ayına qədər fitosanitar xidmətə təqdim olunmalıdırlar.

Xüsusilə çəyirtkə, Kaliforniya kəpənəkləri, müxtəlif növ tırtıllar səpin və məhsul yığımı prosesində əmələ gəldiklərindən, nazirlik bu tədbirləri hər il keçirir.

2006-cı ildə mərkəz Türkiyənin "Koruma Klor Alkali" və Rusiyanın "Ximindustriya" şirkətindən 170 min manatdan çox məbləğdə 9 ton insektisid, 1 ton herbisid və 8 ton rodentisid alıb. Bu rəqəm 2005-ci ildə 250 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti