...

2010-cu ilə qədər AMB Azərbaycanın ödəniş balansının profisitinin beş dəfə artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. İ.Xəlilova / 2009-2010-cu illər ərzində Azərbaycanın ödəniş balansının profisiti 15 mlrd. ABŞ dollarına çata bilər. Azərbaycan Milli Bankının idarə heyətinin sədri Elman Rüstəmovun bildirdiyi kimi, son illər ödəniş balansında keyfiyyət dəyişiklikləri müşahidə olunur.

Bu artım "Əsrin müqaviləsi" çərçivəsində neft-qaz sektorunda xarici öhdəliklərin azaldılması hesabına iri neft şirkətləri tərəfindən birbaşa investisiyaların repatriasiyası həcminin artması ilə şərtləndirilib.

Ötən ilin 9 ayı ərzində cari balansın profisiti 2 mlrd. ABŞ dolları təşkil edib. 2006-cı ilin yekunları üzrə ilkin qiymətləndirmələrə görə, profisitin 3,3 mlrd. ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

"Əvvəlki illərdə ödəniş balansında ticarət balansının defisiti ölkənin neft sektoruna birbaşa investisiyalar hesabına ödənilirdi, lakin digər tərəfdən dövlətin borcları artırdı", - deyə E.Rüstəmov bildirib.

Azərbaycanda bu gün 20 mlrd. ABŞ dolları həcmində vəsait cəlb olunub.

Xəbər lenti

Xəbər lenti