...

Daewoo Azərbaycanın Transgeyt şirkəti ilə müqavilənin ümumi dəyərini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2007 15:24 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/ Koreyanın Daewoo International Corp. şirkətindən 1000 avtobusun alınması ilə bağlı müqavilənin ümumi dəyəri 60 milyon dollar təşkil edəcək. Bu barədə şirkətin məlumatında bildirilib. Müqavilə ötən həftə Bakıda Transgeyt (Azərbaycan) və Daewoo International Corp. (Cənubi Koreya) şirkətləri arasında imzalanıb.

Məlumatda bildirilib ki, ilk 200 avtobus 2007-ci ilin altı ayı ərzində gətiriləcək.

Bu müqavilə Cənubi Koreya prezidenti Ro Mux Yonun 2006-cı ilin mayında Azərbaycana səfəri zamanı təşəbbüs göstərdiyi iqtisadi əməkdaşlığın bir hissəsidir. Üç ay əvvəl Bakıya bu məsələni müzakirə etmək üçün Koreya nəqliyyat nazirliyinin nümayəndə heyəti səfər edib. "Razılaşma Koreya avtobuslarının MDB ölkələrində imicini artıra bilər", deyə Daewoo International Corp . Şirkətnin baş icraçı direktoru Kanq Yanq Von bildirib.

Xəbər lenti

Xəbər lenti