...

Naxçıvan şəhərində pensiyaçıların 32%-i plastik kartlarla təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvan şəhərində pensiyaçıların 32%-i plastik kartlarla təmin edilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsindən məlumat verilib.

Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin müdiri Həmzə Muradov bildirib ki, son iki ayda pensiya ödənişinə 1 535 500 manat, sosial sığorta ödənişlərinə isə 36 145 manat vəsait xərclənilib. "Fərdi Uçot Sistemi"nin qurulması istiqamətində Naxçıvan şəhəri üzrə 19 943 sığortaolunandan 18 451 nəfəri və ya 92,5 %-i qeydiyyata alınıb. Qeydiyyatda olanların 15 888 nəfəri və ya 87,4 %-i sosial sığorta şəhadətnaməsi ilə təmin edilib.

Həmzə Muradov onu da əlavə edib ki, son iki ayda ümumilikdə 1 392 255 manat MDSS haqqı yığılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 727 741 manat çox və ya 2,1 dəfə çox MDSS yığıldığını deyən müsahib şöbədə pensiya işlərinin arxivləşdirilərək elektron poçtunun qurulduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti