...

Qazaxıstan Bakı taxıl terminalı hesabına taxıl ixracını artırmağı planlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2007 10:28 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bu il Aktau dəniz limanının taxıl terminalının yenidən qurulması layihəsi başa çatacaq. Bakıda yeni tikilmiş taxıl terminalını nəzərə alaraq, həmçinin orada dəyirman kompleksinin tikintisi Aktaudan ildə 500 min ton taxılın yüklənməsinə imkan yaradacaq. Bu barədə Qazaxıstanın kənd təsərrüfatı naziri Axmetcan Esimov məlumat verib.

Onun sözlərinə görə, məntiqi davam Poti limanından Qara dənizə çıxış olacaq, burada həmçinin taxıl terminalının tikintisi, o cümlədən Əmirabaddan Orta və Yaxın Şərq bazarlarına çıxış planlaşdırılıb.

Nazir bildirib ki, bütün bunlar Aktaudan ildə 1 milyon ton taxıl ixrac etməyə imkan verəcək.

Xatırladaq ki, Azərbaycan-Qazaxıstan layihəsi olan Bakıdakı taxıl terminalının dövriyyəsi 500 min ton taxıl təşkil edir. Bu terminal yalnız Qazaxıstan taxılının Azərbaycana çatdırılması üçün deyil, həmçinin tranzit çatdırmaların təşkili üçün də istifadə olunacaq.

Qazaxıstan statistika agentliyinin məlumatlarına əsasən, 2006-cı ildə bu ölkədən 4,58 milyon ton taxıl yüklənib. Qazaxıstandan Azərbaycana 470,1 min ton taxıl çatdırılıb.

Bu gün Azərbaycanda taxıla olan tələbat 1,6 milyon ton təşkil edir.

2006-cı ildə ölkədə taxıl istehsalı 2 milyon tonu ötüb keçib (qarğıdalı ilə birgə).

Xəbər lenti

Xəbər lenti