...

Azərbaycanın tikinti şirkətlərindən ilk dəfə "Azərkörpü" və AKKORD beynəlxalq sertifikatlaşmadan keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2003-cü ildən fəaliyyət göstərən Zygon Caspian Consalting (ZCC) şirkəti 2007-ci ildə Azərbaycanda ilk dəfə tikinti şirkətlərində menecmentin keyfiyyətinin artırılması istiqamətində məsləhət xidmətləri göstərcək. Şirkətin baş direktoru Natiq Ağazadənin cümə günü bildirdiyinə görə, hazırda "Azərkörpü" və AKKORD-la razılaşma imzalanıb.

"Azərkörpü"nün ISO 9001:2000 keyfiyyət idarəetməsi sistemi standartı üzrə sertifikatlaşdırılması may ayında, AKKORD-un sertifikatlaşdırılması isə noyabrın sonuna qədər başa çatacaq.

N.Ağazadənin sözlərinə görə, adətən beynəlxalq standartlar üzrə məsləhət xidməti 7-8 ay ərzində göstərilir. Müqavilələr çərçivəsində həmçinin treninqlər də keçirilir.

Azərbaycan şirkətləri tədricən öz fəaliyyət dairələrini ölkə hüdudlarından kənara genişləndirdiyinə görə beynəlxalq standartların tətbiqi lazımdır. Buna çox müsbət misal kimi "Azərkörpü"nün xüsusi iqtisadi zona yaradılması çərçivəsində Aktau beynəlxalq dəniz ticarəti limanının genişləndirilməsi layihəsinə cəlb olunmasını göstərmək olar. Qazaxıstanla yanaşı Gürcüstan üçün də sifarişlər yerinə yetirən şirkət Azərbaycanda Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz Qaz Kəməri kimi irimiqyaslı layihələrin işinə cəlb olunub.

AKKORD da öz növbəsində körpü və yaşayış sahələrinin tikintisində iştirak edir.

Xəbər lenti

Xəbər lenti