...

Ekspert: Azərbaycanın dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 18:01 (UTC +04:00)
Ekspert: Azərbaycanın dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb

Azərbaycan, Bakı/ Trend / İkinci yarımillikdə artımla əlaqədar olaraq 2007-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.

Trend analitik mərkəzinin eksperti Ellada Xankişiyeva hesab edir ki, Azərbaycan büdcəsi dünya bazarında neftin qiymətinin dəyişməsilə əlaqədar edilən dəyişikliklərə öyrəşib.

"Bu dəfə büdəcəyə yenidən baxılması zərurəti yanvar ayında bəzi enerjidaşıyıcılarının qiymətlərinin artması və hökumət tərəfindən əhalinin sosial müdafiəsi ilə bağlı görülən tədbirlərlə əlaqədardır",-deyə o bildirib.

2007-ci ilin büdcəsi üçün gəlirlər 5,336 mlrd. manat, xərclər isə 5,715 mlrd. manat müəyyən olunub. Büdcə kəsiri isə 379 mln. manat, yaxud ÜDM-in 1,7 faizi həcmində müəyyən olunub.

Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, daxili bazarda neft məhsullarının qiymətlərinin artması dövlət büdcəsinə təqribən 220 mln. manat həcmində əlavə vəsaitlərin köçürülməsinə gətirib çıxaracaq.

"Əmək haqlarının artması ilə əlaqədar gəlir vergisinə görə də dövlət büdcəsinin gəlirləri artacaq",-deyə Xankişiyeva bildirib.

Onun sözlərinə görə, yanacaq-energetika kompleksinin bilavasitə subsidiyalaşdırılması ilə bağlı məsələ qəti surətdə həll olunacaq. 2007-ci ilin dövlət büdcəsinə proqnozlarda bu məqsədlər üçün 330 mln. manat qoyulub. Öz növbəsində dövlət büdcəsində enerjidaşıyıcıları və kommunal xidmətlərin qiymətinin artmasının mənfi təsirlərindən aqrar sahənin zərər çəkməsinin qarşısını almaq məqsədilə dövlət subsidiyaları nəzərdə tutulub. Bu məqsədlə fermerlər üçün 80 mln. vəsait ayrılması nəzərdə tutulub.

Dövlət büdcəsinə edilən dəyişikliklər zamanı həmçinin yaşayış minimumu məsələsinə də baxılacaq.

Dövlət büdcəsində neftin qiymətilə bağlı dəyişikliklərə gəldikdə isə, böyük ehtimal ki, bu məsələ müzakirə olunmayacaq. Dünya bazarında nevftin qiyməti 60 dollar civarında dəyişir ki, bu da dövlət büdcəsində müəyyən olumuş bir barel üçün 50 dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti