...

Dövlət Komissiyası Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə layihənin həyata keçirilməsini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı-Tbilisi-Qars marşrutu üzrə yeni dəmir yolunun tikinti layihəsinin həyata keçirilməsi bu layihə ilə bağlı Dövlət Komissiyasının bugünkü iclasında müzakirə olunub. Bu barədə məlumat cümə günü Nəqliyyat Nazirliyindən verilib.

Toplantı zamanı Koordinasiya Şurasının, yolun Marabda (Gürcüstan) şəhərindən Türkiyə sərhədinə qədər ona hissəsinin tikintisi üzrə layihənin idarə qrupunun, həmçinin fəaliyyət planının vəziyyəti müzakirə olunub.

Komissiya nümayəndələri eləcə də TRACECA nəqliyyat dəhlizinin bir hissəsi, yəni layihənin rəqabət qabiliyyətliliyinin artırılmasında böyük əhəmiyyəti olan Bakı-Gürcüstan sərhədinə qədər dəmir yolunun mövcud infrastrukturunun vəziyyətini, problem və inkişafını müzakirə ediblər.

Toplantının yekunlarına əsasən gələn həftə yeni görüşün keçirilməsi planlaşdırılıb.

Dövlət Komissiyası Azərbaycan prezidentinin 21 fevral 2007-ci il fərmanına əsasən yaradılıb.

Xəbər lenti

Xəbər lenti