...

GUAM dövlətlərinin Nəqliyyat nazirlikləri multimodal daşımalar haqda saziş layihəsini hazırlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2007 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakıda keçirilən GUAM sammitində multimodal daşımalar haqqında çoxtərəfli hökumətlərarası sazişin imzalanacağı gözlənilir. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib.

GUAM dövlətlərinin nəqliyyat nazirləri və işçi qruplar artıq bu saziş layihəsi ilə bağlı müzakirələr keçiriblər. Görüşlər zamanı həmçinin əməkdaşlığın inkişaf perspektivləri, gələcək layihələr, multimodal daşımalar və mövcud maneələrin aradan qaldırılması yolları müzakirə olunub.

Azərbaycan GUAM-ın nəqliyyat üzrə koordinatorudur.

Xəbər lenti

Xəbər lenti