...

Azərbaycan banklarının depozit bazası il ərzində 50% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2007 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan Mili Bankından verilən məlumata görə, iyunun 1-də hüquqi və fiziki şəxslərin bank depozitlərinin və əmanətlərinin ümumi həcmi 2254,6 mln. manat təşkil edib, may ayı ərzində artım 6,16%, 2006-cı ilin analoji dövrü ilə müqayisədə isə 47,56% təşkil edib.

Bu məbləğin 989,7 mln manatı (may ayı ərzində 8,16%) manatla olan vəsaitlərin, qalan hissəsi isə valyutanın payına düşür.

İyunun 1-də fiziki şəxslərin banklarda olan əmanətlərinin məbləği 2007-ci il yanvarın 1-nə olan 819,5 mln. manat göstəricisi ilə müqayisədə 1005 mln. manat təşkil edib. İyunun 1-də hüquqi şəxslərin əmanətlərinin məbləği yanvarın 1-nə olan 1309,7 mln. manat olan göstəricisi ilə müqayisədə 1269,6 mln. manat təşkil edib. İyunun 1-də fiziki şəxslərin əmanət və depozitlərinin 989,7 mln. manatı milli valyuta ilə həyata keçirilib. Hüquqi şəxslərin depozitlərinin 651,1 mln. manatı manatla həyata keçirilib.

2007- ci il iyunun 1-də manatla olan depozitlərin orta faiz dərəcəsi mayın 1-nin 10,92%, ilin əvvəlinin 10,39% göstətirici ilə müqayisədə 10,85% təşkil edib. 9,4% istehlakçı infilyasiyası şəraitində depozitlər üzrə real faiz dərəcələri 1,45% təşkil edib. Xarici valyuta ilə olan depozitlərin orta faiz dərəcələri mayın 1-nə olan 12,37% və ilin əvvəlinə olan 11,58% gösəricisi ilə müqayisədə 12,6% təşkil edib.

Xəbər lenti

Xəbər lenti