...

Azərbaycanın Dövlət Fitosanitar Nəzarət Xidməti kotirovka sorğusu elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarət Xidməti pestisidlərin poliqonunun bərpası və mühafizə sisteminin təşkili ilə bağlı kotirovkaların sorğusunu elan edib. Tender komissiyasının məlumatında göstərildiyi kimi, sorğuda maraqlı olanlar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka təklifləri iyulun 20-də xidmətin binasında aşkarlanacaq.

Dövlət Fitosanitar Nəzarət Xidməti Azərbaycan prezidentinin göstərişi ilə 2004-cü ilin oktyabr ayında yaradılıb. Xidmət bitkilərin mühafizəsi üçün vasitələrin, bioloji preparatların və pestisidlərin istifadəsinə nəzarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti