...

"Trend Capital"ın eksperti: Əmanətlərin sığortası haqqında qanun Azərbaycan banklarına etimadı artıra bilər (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2007 18:33 (UTC +04:00)
"Trend Capital"ın eksperti: Əmanətlərin sığortası haqqında qanun Azərbaycan banklarına etimadı artıra bilər (video)

Azərbaycan, Bakı/ Trend / Son illər ərzində Azərbaycan iqtisadiyyatının qızğın inkişaf etməsi əhalinin xərclərinin artmasına səbəb olur. Hazırda əhalinin gəlirləri və xərcləri arasındakı fərq binincinin xeyrinə artır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-aprel ayları ərzində Azərbaycan əhalisinin nominal gəlirləri 4,7 mlrd. dolları ötüb ki, bu da 2006-cı ilin yanvar-aprel aylarının göstəricisindən 37% çoxdur. Bu dövr ərzində mövcud gəlirlər 4,2 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39,2% çoxdur. Adambaşına düşən mövcud gəlirlər 37,6 % artaraq 500 dolları ötüb.

Hər ay əhalinin 40%-nin sərbəst vəsaitləri qalır. Azərbaycan əhalisinin əmanət siyasəti son dövrlərdə tədricən bank sektoruna yönəlib və bank sektoru istehlakçıların itirilmiş etimadını çoxdan bərpa edib. Bu səbədən də banklar artır və möhkəmlənir. Azərbaycan banklarının depozit bazası 2007-ci ilin may ayında 6%-dən çox olmaqla artıb və bu, bütün 2006-cı il ərzində müşahidə olunan 65% artım göstəricisi ilə müqayisədə təkcə yanvar-may ayları ərzində 6% təşkil edib.

Azərbaycan Milli Bankında 2007-ci il iyunun 1-də hüquqi və fiziki şəxslərin bank depozit və əmanətlərinin ümumi həcmi 2007-ci il mayın 1-nə olan 2,5 mlrd. dollar və yanvarın 1-nə olan 2,5 mlrd. dollar göstərici ilə müqayisədə 2,6 mlrd. dollar təşkil edib. Bu məbləğin 1,1 dolları manatla olan vəsaitlərin, qalan hissəsi isə valyutanın payına düşür.

Əhalinin əmanətlərinin müflislik təhlükəsi və digər maliyyə kataklizmlərindən müdafiəsi məqsədilə "Əmanətlərin sığortası" haqqında qanunun qəbul edilməsi ilə əhalinin bank əmanətlərinə olan inamı daha da arta bilər.

Müvafiq müdafiə sistemləri dünya ölkələrinin əksəriyyətində maliyyə təşkilatlarının işinin təhlükəsizliyini təmin edir və onların Azərbaycanda tətbiq olunması kommersiya bankları tərəfindən yaxşı qarşılanır. Qəbul olunmuş qanuna əsasən sığorta fondu yaradılacaq, fondun işində kapitalın adekvatlığı, qanunilik səviyyəsi, prudensial normaların tələblərini yerinə yetirən maliyyə cəhətdən sağlam banklar iştirak edəcəklər.

Fiziki şəxslərin əmanətlərinin sığortası fondu Azərbaycanda fəaliyyətə 2007-ci ilin avqustunda başlaya bilər. Hazırda Azərbaycan Milli Bankı fondun tərkibinə daxild olacaq bankların seçmə prosesindədir. Hazırda fondun üzvü seçilən 19 bankın siyahısı formalaşdırılıb. Bunlar Milli Bankda şübhə doğurmayan banklardır. Onların kapitalı 11,5 mln. manatdan çoxdur.

Fond hər iştirakçıdan 12 min dollar olmaqla ilkin üzvlük haqlarının, hər iştirakçıdan 235 min dollar olmaqla birdəfəlik ödənişlərdən, fondun fəaliyyətinin birinci ilində hər rüb müdafiə olunan əmanətlərin orta günlük qalığının 0,15%-i həcmində və fəaliyyətin sonrakı illərində 0,125% olmaqla "Əmanətlərin sığortası" haqqında qanuna uyğun olaraq təqvim ödənişləri hesabına formalaşdırılacaq.

Qanun həmçinin fonda uzunmüddətli borc öhdəliklərinin buraxılması hesabına vəsaitlər, o cümlədən qrantlar və digər növ yardımlar cəlb etmk imkanı verir. Azərbaycan tərəfinin məlumatına görə, Amaniyanın KFW bankı fonda 5 mln. dollar həcmində kredit ayırmağı planlaşdırır. Qanuna uyğun olaraq banklarda problemlər yarandığı tədqirdə əmanətin sahibi kompensiasiya alacağına arxalana bilər. Xüsusilə 2008-ci il yanvarın 1-nə qədər həyata keçirilən və məbləği 4,7 min dollara qədər olan əmanətlər tam olaraq kompensasiya olunacaq. 2010-cu il yanvarın 1-nə qədər tam olaraq kompensasiya edilən əmanətin həcmi 7 min dollar, 2010-cu ildən isə 9,5 min dollar artacaq.

Bu qanun iqtisadiyyat və əhali üçün mühüm əhəmiyyətə malikdir, belə ki, elə bir an gəlib çıxıb ki, bank sistemində aktiv dəyişikliklər baş verir, bank sistemi təkmilləşir, əhalinin inamı və bankların nüfuzu artır. Artan əmanətlərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq qanunun qəbul olunmasının vacibliyi artır. Dünyanın təxminən 100 ölkəsi analoji qanuna malikdir.

(Leyla Abdullayeva - Trend ın analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti