...

Kənd Təsərrüfatı Nazirliyi: "Azərbaycanda taxıl idxalçıları üçün vergi güzəştləri tətbiq oluna bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2007 17:17 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi: "Azərbaycanda taxıl idxalçıları üçün vergi güzəştləri tətbiq oluna bilər"

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi çörəyin qiymətinin sabitləşməsi məqsədilə taxıl idxalçıları üçün vergi güzəştlərinin tətbiq olunmasını istisna etmir. Cümə günü Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinin rəhbəri Rafiq Məcidovun verdiyi məlumata görə, nazirlik çörəyin qiymətinin qalxması məqsədilə hər hansı bir tədbir görmək niyyətində deyil.

"Çörəyin qiymətinin qalxması istiqamətində tədbirlərə gəldikdə isə heç bir qərar qəbul olunmayıb. Nazirlikdə mümkün vergi güzəştlərinin tətbiqi ilə bağlı müzakirələr aparılır. Bu prosesdən əhali heç bir əziyyət çəkməyəcək" - deyə Məcidov bildirib.

Son dövrlərdə Azərbaycanın bir sıra rayonlarında çörəyin qiyməti demək olar ki, 50% artıb.

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, ixracatçı ölkələrdə taxılın orta qiyməti aşağı məhsuldarlıq üzündən 1 ton üçün $60-70 artıb. Azərbaycan taxılı əsasən Rusiya və Qazaxıstandan idxal edir. 2004-cü ildə Azərbaycanda 2,158 mln. ton, 2005-ci ildə 2,126 mln. ton, 2006-cı ildə 2,078 mln. ton taxıl yığılıb. İqtisadi Araşdırmalar Mərkəzinin proqnozlarına görə, 2007-ci ildə bu göstərici aşağı düşərək 2 mln. ton təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti