...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti doqquz ay ərzində həyata keçirilən hasilatın həcmini açıqlayıb

Energetika Materials 5 Oktyabr 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Cümə günü ARDNŞ-dən verilən məlumata görə, 2007-ci ilin yanvar-sentyabr aylarında ARDNŞ, əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələr (BM) ölkənin dəniz və quru

yataqlarında 6611,29 min ton neft hasil edib ki, bu da 2006-cı ilin analoji dövrünün göstəricisindən 124,41 min ton (1,8%) azdır.

ARDNŞ-nin NQÇİ tərəfindən quru və dəniz yataqlarında neft hasilatı 2007-ci ilin yanvar-sentyabr aylarında 5724,36 mln. ton təşkil edib ki, bu da ötən ilin göstəricisindən 118,3 min ton (2%) azdır. Yanvar-sentyabr ayları ərzində xarici şirkətlər BM və ƏŞ çərçivəsində 886,93 min ton neft hasil edib ki, bu da 2006-cı ilin analoji dövrünün göstəricisindən 6,11 min ton azdır.

Yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümum qaz hasilatı 7286,66 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2291,06 mln. kubmetr ( və ya 45,9%) çoxdur. Yanvar-sentyabr ayları ərzində ARDNŞ NQÇİ-inin payına 4157,84 mln. kubmetr qaz hasilatı düşür ki, bu da 2006-cı ilin göstəricisindən 1129,57 mln. kubmetr çoxdur.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" yatağında 2022,86 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,9% çoxdur.

Azərbaycanda 57 neft-qaz yatağı var ki, bunların 18-i dənizdə, qalanları quruda yerləşir. ARDNŞ-nin əməkdaşlarının sayı 59170 nəfər təşkil edir.

Azərbaycanda yanvar-sentyabr ayları ərzində neft və qaz hasilatının ümumi cədvəli:

Neft(min ton) sentyabr Yanvar - sentyabr
2007 2007 2006 %
Ümumi 726,39 6611,29 6735,70 98,2
NQÇİ ARDNŞ 629,20 5724,36 5842,66 98,0
BM və ƏŞ 97,19 886,93 893,04 99,3
Qaz(mln. m3)
Ümumi 742,94 7286,66 4995,60 145,9
NQÇİ ARDNŞ 498,85 4157,84 3028,27 137,3
BM və ƏŞ 10,03 107,05 87,96 121,7
ABƏŞ ARDNŞ üçün 100,18 2022,86 1840,92 109,9
Xəbər lenti

Xəbər lenti