...

Azərbaycanın dövlət enerji istehsalı şirkəti büdcə köçürmələrini 4 dəfə artırıb

Energetika Materials 18 Oktyabr 2007 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 9 ay ərzində "Azərenerji" Səhmdar Cəmiyyəti dövlət büdcəsinə 61,5 mln. manat köçürüb ki, bu da ötən ilin müvafiq dövründən 4,1 dəfə çoxdur. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.

Sentyabr ayında dövlət büdcəsinə 11 mln. manat köçürülüb ki, bu da 2006-cı ilin sentyabr ayından 10 dəfə çoxdur.

Büdcə köçürmələrinin artması yanvar ayının əvvəlində "Azərenerji"nin istehsalçısı olduğu elektrik enerjisinin topdansatış qiymətinin artması, həmçinin,sayğacların quraşdırılması və verilən elektrik enerjisi haqlarının yığımının artması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti