...

TransXəzər boru kəmərlərinin tikintisi iqtisadi cəhətdən cəlbedicidir – ABŞ Dövlət Departamentinin koordinatoru Stiven Mənn

Energetika Materials 25 Fevral 2008 19:17 (UTC +04:00)
TransXəzər boru kəmərlərinin tikintisi iqtisadi cəhətdən cəlbedicidir – ABŞ Dövlət Departamentinin koordinatoru Stiven Mənn

Azərbaycan, Bakı, 25 fevral/ Trend / Araşdırmalar göstərir ki, TransXəzər neft və qaz kəmərlərinin tikintisi iqtisadi nöqteyi-nəzərdən cəlbedicidir. Bu barədə bazar ertəsi Bakıda Trend -ə eksklüziv müsahibəsində ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə koordinatoru Stiven Mənn məlumat verib.

"Əsas məsələ belə layihələrin iqtisadiyyatının kommersiya baxımından arzu olunan olmasındadır. Mənim apardığım analiz bəli, deyir", - birgünlük səfərlə Azərbaycan paytaxtında olan Mənn bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Xəzərdə belə boru kəmərlərinin tikintisinin dəstəklənməsi mövqeyində dayanmaqda davam edirlər. "TransXəzər neft-qaz kəmərlərinin dəstəklənməsi ABŞ-ın 10 ildən çox davam edən mövqeyidir", - Mənn bildirib.

"Bu, Avropa və Asiyada enerji koordinatoru qismində Azərbaycana ilk səfərimdir. Mən Türkiyə və Türkmənistana səfərimədək əlaqələr yaratmaq üçün buradayam", - Mənn bildirib.

Mənn bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. "Mən prezidentlə (Azərbaycanın) isti müzakirələr keçirdim. O, Türkmənistanla məhsuldar münasibətlər arzusunda olduğunu bildirib", - Mənn bildirib.

Xəzərdə Azərbaycan vasitəsilə Qazaxıstan neftinin dünya bazarlarına ixracı üçün sualtı neft kəmərinin tikintisi ehtimal edilir. Belə boru kəməri Azərbaycan vasitəsilə Qazaxıstan neftinin ixracının ildə 20 mln. tonadək artmasından sonra tikilə bilər.

Bundan əlavə, Xəzərdə dəyəri $12 mlrd.-dan çox olan sualtı qaz kəmərinin tikintisi ehtimal edilir. Onun buraxılış gücü ildə 22 mlrd. kubmetr qaz təşkil edə bilər. Ekspertlər qeyd edirlər ki, boru kəmərinin çəkilməsi üçün texniki şərait "Mavi axın" layihəsi üzrə boru kəmərinin çəkilməsindən (Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə) sərfəlidir. Bu. Xəzərin daha az dərinlikli olması və Qara dənizlə müqayisədə, daha əlverişli təbii mühitə malik olması ilə izah edilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) bazar ertəsi yayılan məlumatında Mənnin Türkiyə və Türkmənistan səfərlərinin yekunları üzrə yenidən Bakıya səfər edəcəyi deyilir. ABŞ Dövlət Departamentinin koordinatoru bu gün ARDNŞ -nin prezidenti Rövnəq Abdullayevlə görüşdə bildirib.

ARDNŞ prezidentinin sözlərinə görə, indi Azərbaycanın Dövlət Neft Şirkəti Avropaya qaz nəqli üzrə müxtəlif marşrutları nəzərdən keçirir. Bunların arasında "Nabukko" və "Türkiyə-Yunanıstan-İtaliya" marşrutları var. Görüşdə "Nabukko" layihəsinin ABŞ-ın enerji siyasətinin tərkib hissəsi kimi qiymətləndirildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti