...

ARDNŞ yeni neft rezervuarları tikib

Energetika Materials 9 Aprel 2008 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Dərin Özüllər Zavodunda "Neft Daşları" neft-qaz hasilatı idarəsinin ehtiyacları üçün iki iri neft rezervuarının tikintisi başa çatdırılıb. Bu barədə ARDNŞ-ın çərşənbə günü yayılan məlumatında bildirilir. Hər bir rezervuarın həcmi 2000 ton, diametri 15 metr, hündürlüyü isə 12 metr təşkil edir.

Məlumatda bildirilir ki, neft sənayesində bu tipli rezervuarlara, xüsusilə quru yataqları üçün tələbat böyükdür. Lakin avtomobil yolu ilə bu kimi iri avadanlıqların daşınmasında böyük çətinliklər mövcuddur.

Bu problemlərin həlli üçün zavoda rezervuarları rulon şəklində toplamağa imkan verən yeni qurğu cəlb edilib. Belə ki, onlar quraşdırma zamanı çevriləcək və sifariş yerində yerləşdiriləcək.

Məlumatda bildirilir ki, yaxın vaxtlarda yeni dəzgahın sınaqdan keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti