...

Azərbaycan prezidenti yeni su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

Energetika Materials 18 Aprel 2008 14:24 (UTC +04:00)
Azərbaycan prezidenti yeni su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan, Füzuli, 18 aprel / Trend , müxbir A.İsmayılova/ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin cəbhəyanı zonasında yerləşən Azərbaycanın Füzuli rayonunda cümə günü prezident İlham Əliyevin iştirakı ilə su elektrik stasiyasının təməlqoyma mərasimi keçirilib.

Azərbaycan prezidentinin sözlərinə görə, Araz çayı üzərində yerləşən SES, gələcəkdə Ermənistan Silahlı Qüvvələrinin işğalından azad ediləcək əraziləri elektrik enerjisi ilə təmin edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

"Azenko" şirkəti tərəfindən 50 MVt gücündə olan SES-in tikildiyi həmin ərazidə 1,6 mln kubmetr tutuma malik rezervuar inşa olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti