...

SOCAR şirkəti Novorossiyskdən iki neft partiyasının satışına tender elan edib

Energetika Materials 16 Dekabr 2008 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) 1,2 mln. barel həcmində iki neft partiyasının satışına tender elan edib. Yüklənmə, hər biri 600 min barel həcmində olmaqla, iki partiyada, Rusiyanın Novorossiysk limanından həyata keçiriləcək, - SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında deyilir.

Birinci neft partiyası yanvarın 15-16 - da, ikinci yanvarın 27-28 - də yüklənəcək. Tenderə dekabrın 18- də yekun vurulacaq, nəticələr dekabrın 19-da açıqlanacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti