...

Qaz ixrac edən ölkələrin forumunu neft OPEK-i ilə müqayisə etmək olmaz – "Qazprom"

Energetika Materials 18 Dekabr 2008 15:53 (UTC +04:00)
Qaz ixrac edən ölkələrin forumunu neft OPEK-i ilə müqayisə etmək olmaz – "Qazprom"

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir A.Bədəlova/ Qaz ixrac edən ölkələr forumu neft OPEK-i ilə müqayisə oluna bilməz, - Rusiyanın "Qazprom" şirkəti İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedyev hesab edir.

"Qaz ixrac edən ölkələr forumu və neft OPEK-i arasında analogiya aparmağın heç bir mənası yoxdur", - Medvedyev cümə axşamı "Qaz ixrac edən ölkə rəhbərlərinin görüşü"nün mətbuat konfransında bildirib. Konfrans "Vesti" telekanalının birbaşa efirində yayımlanıb.

Onun sözlərinə görə, neft OPEK-inin kvotalaşadırılmış istehsala əsaslanmış iş mexanizmi müqavilələrin uzunmüddətli əsasda bağlanıldığı qaz bazarında istifadə edilə bilməz.

"Qazprom" şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanovun sözlərinə görə, qaz ixrac edən ölkələr forumunun Avropa İttifaqı kimi institutlarla qarşılıqlı əlaqəsi hər iki tərəfin xeyrinə olacaq.

Oktyabrın 21 - də İran, Qətər və Rusiya "qaz OPEK"inin yaradılması şərtlərini razılaşdırıblar.

Dekabrın 23 - də Moskvada qaz ixrac edən ölkələr forumu çərçivəsində enerji nazirlərinin yeddinci görüşü baş tutacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti