...

SOCAR və xarici şirkət neft yatağının işlənməsi ilə bağlı sənəd imzalamağa hazırlaşır

Energetika Materials 29 Aprel 2009 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir V.Şərifov /

SOCAR və Dubayın DB Petroleum şirkəti "Buzovna-Maştağa" quru yatağının işlənməsinə dair PSA tipli razılaşma imzalamaq niyyətindədirlər. Bu barədə çərşənbə günü SOCAR-dan bildiriblər.

"DB Petroleum-la razılaşma hazırdır və danışıqlar başa çatıb", - SOCAR-dan bildirilib. 

Bir neçə il əvvəl Polish Oil and Gas Company (POGC) SOCAR-la sözügedən yatağın işlənməsi ilə bağlı PSA tipli razılaşmanın imzalanmasını müzakirə edib. Tərəflər bir neçə raund danışıqlar keçirsələr də razılaşma imzalanmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti