...

SOCAR "Bakı-Tbilisi-Ceyhan" neft kəməri vasitəsilə ixracatı əhəmiyyətli dərəcədə artırıb

Energetika Materials 8 İyul 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend /

SOCAR bu ilin ilk 6 ayı ərzində "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə 17,7 milyon ton neft nəql edib. Bu göstərici 2008-ci ilin müvafiq dövründə 9,5 milyon ton olub. Bu barədə SOCAR-dan məlumat verilib.

Mayda bu boru kəməri ilə 3,3 milyon ton neft ixrac edilib. Nəqlə başlanandan ümumilikdə 88,1 milyon ton neft ixrac olunub.  

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Kəmərin 443 kilometri Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi 4 mlrd. dollara başa gəlib. Bu tikinti işləri, boru kəmərinin doldurulmasına çəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 mlrd. dollar təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25  faiz); Chevron (8,90  faiz ); Statoil (8,71  faiz ); ТРАО (6,53  faiz ); Eni (5  faiz ); Total (5  faiz ); Itochu (3,40  faiz ); Inpex (2,50  faiz ); ConocoPhillips (2,50  faiz ) və Amerada Hess (2,36  faiz ).

Xəbər lenti

Xəbər lenti