...

ABŞ 2010-cu ildə dünyada neftə olan tələbatın proqnozlarını azaldıb

Energetika Materials 9 Dekabr 2009 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir A.Bədəlova/

ABŞ-ın Energetika İnformasiyası üzrə Dövlət İdarəsi (EIA) 2010-cu il ərzində dünyanın neftə olan tələbatı üzrə proqnozları cüzi azaldıb. EIA-nın yeni proqnozlarına əsasən, gələn il dünyanın neftə olan tələbatı sutkada 1,1 milyon barel artaraq 85,2 milyon barelə çatacaq. Keçən ay EIA tələbatın sutkada 1,26 milyon artacağını proqnozlaşdırmışdı.

EIA-nın dekabr məruzəsində deyilir ki, dünyanın neftə olan tələbatının böyük hissəsini İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatına daxil olmayan ölkələr təmin edəcək. Burada 2010-cu ildə yanacaq tələbatı sutkada 39,96 milyon barelədək artacaq. 2009-cu ildə bu göstərici 38,68 milyon barel olub.

EIA-nın proqnozlarına əsasən, İƏİT-ə üzv olan ölkələrdə neftə tələbat sutkada 45,53 milyon barelədək artacaq. 2009-cu ildə bu göstərici sitkada 45,44 milyon barel olub.

2009-cu ilin yekunlarına əsasən, EIA neftə olan tələbatın 1,66 milyon barel azalaraq 84,12 milyon barel olacağını proqnozlaşdırır.

EIA 2009-cu ildə dünya neft tədarükü həcminin 1,14 milyon barel azalaraq sutkada 84,23 milyon barel olacağını proqnozlaşdırır. Proqnozlara əsasən, 2010-cu ildə dünyanın neft tədarükü 1,27 milyon barel artaraq sutkada 85,5 milyon barelə çatacaq.

İƏİT ölkələri 2009-cu ildə sutkada 20,89 milyon barel, təşkilata daxil omayan ölkələr isə sutkada 63,34 barel neft tədarük edəcək. 2010-cu ildə İƏİT-ə daxil olan ölkələrin neft tədarükü həcmi sutkada 20,46 milyon barelədək azalacaq. Təşkilata daxil olmayan ölkələrin neft tədarükü həcmi isə sutkada 65,04 milyon barelədək artacaq.

Energetika İnformasiyası üzrə Dövlət İdarəsi 1977-ci ildə Konqres tərəfindən yaradılıb və ABŞ-ın energetika üzrə statistik agentliyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti