...

Azərbaycanın Sənaye və Energetika Nazirliyi yanacağın qiymətinin artırılması üçün müraciət etməyib - nazirlik

Energetika Materials 11 Dekabr 2009 13:41 (UTC +04:00)
Azərbaycanın Sənaye və Energetika Nazirliyi ölkənin Tarif Şurası qarşısında yanacağın qiymətinin artırılması təşəbbüsü ilə çıxış etməyib, nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli cümə günü deyib.
Azərbaycanın Sənaye və Energetika Nazirliyi yanacağın qiymətinin artırılması üçün müraciət etməyib - nazirlik

Azərbaycanın Sənaye və Energetika Nazirliyi ölkənin Tarif Şurası qarşısında yanacağın qiymətinin artırılması təşəbbüsü ilə çıxış etməyib, nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli cümə günü deyib.

"Nazirliyin yanacağın qiymətlərinin artırılmasına dair Tarif Şurasına müraciət etməsi ilə bağlı yayılan bütün məlumtlar əsassızdır", - Mənsimli deyib.

Azərbaycanda neft məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin qərarına əsasən, 2007-ci yanvar ayının 6-dan 8-dək ölkədə yanacağın yeni qiymətləri müəyyən edilib. O cümlədən Nazirlər Kabinertinin qərarına əsasən, L-62 markalı bir litr dizel yanacağının qiyməti 0,45 manat, AI -80 avtomobil benzinin - 0,55 manat, AI -92 avtomobil benzinin - 055 manat, AI - 95 avtomobil benzinin qiyməti isə 0,60 manatdır.

Bir müddət əvvəl ARDNŞ-ın marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, yanvar-noyabr aylarında Azərbaycanın daxili bazarında 539,4 min ton neft məhsulları satılıb. Noyabr ayında bu göstərici 51,3 min tondan artıq olub, məlumatda deyilir.

O cümlədən daxili bazarda yanvar-noyabr aylarında 177,7 min tona yaxın avtomobil benzini və 328,3 min tondan çox dizel yanacağı satılıb.

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 milyon ton olan iki NEZ-də istehsal edilir. Hər iki NEZ ARDNŞ-nin tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti