...

Azərbaycan Dövlət Neft Fondu xarici neft şirkətləri tərəfindən təqdim olunan aktivlərin satışı barədə elan edib

Energetika Materials 15 Dekabr 2009 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) xarici neft şirkətləri tərəfindən hasilatın bölünməsi müqaviləsi (PSA) çərçivəsində təqdim olunan aktivlərin satışı barədə elan edib, fondun "Xalq" qəzetində yerləşdirilmiş məlumatında deyilir.

Satışı elan olunan aktivlərə qaynaq avadanlıqları, müxtəlif təyinatlı və ölçülü borular, elektrik kabelləri, müxtəlif elementlər, həmçinin ehtiyat hissələri aiddir.

Yuxarıda sadalanan aktivləri əldə etməkdə maraqlı olan şəxslər bu il dekabrın 22-dək ARDNF-ə müraciət edə bilərlər.

Əlavə məlumat əldə etmək üçün ARDNF-in aktivlərlə işi üzrə şöbə rəhbəri Emin Qasımova müraciət etmək olar.

Əlaqə telefonları: (012) 498 77 53, 498 62 55 (daxili - 172).

Xəbər lenti

Xəbər lenti