...

SOCAR Georgia Petroleum monitorinqlərin yekunu üzrə birinci yeri tutub

Energetika Materials 15 Dekabr 2009 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

Gürcüstanın yanacaqdoldurma stansiyalarında (YDS) İri Vergi Ödəyicilərinin Vergi Müfəttişliyi tərəfindən satışın aparılmasında düzgünlüyün yoxlanılmasına dair keçirilən reyd və monitorinqlər zamanı aşkar edilib ki, SOCAR Georgia Petroleum (ARDNŞ-nin törəmə müəssisəsi) şirkətinin YDS-ləri ən yaxşı göstəricilərə malikdir. Bu barədə ARDNŞ-nin Gürcüstan nümayəndəliyinə istinadən verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, SOCAR Georgia Petroleum ictimai təşkilatlar tərəfindən kompleks monitorinqlərin keçirilməsinə könüllü razılıq verən ilk və yeganə şirkətdir.

Bir müddət bundan əvvəl bir neçə ictimai təşkilat şirkətin üç obyektində məhsulun keyfiyyətini və satışın düzgünlüyünü yoxlayıb. Yoxlamaların nəicəsində aydın oub ki, SOCAR Georgia Petroleum müəssisələrində satılan məhsullar Gürcüstanda qəbul edilən standartlara tam cavab verir. Bundan əlavə, satış həcminin sayğaclarda göstərilən rəqəmlərə tam uyğun gəldiyi aydın olub.

Xəbər lenti

Xəbər lenti