...

"QazTransOyl" boru kəməri sistemi üzrə neft nəqlini artırıb

Energetika Materials 21 Dekabr 2009 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir E.İsmayılov/

Yanvar-noyabr aylarında "QazTransOyl" SC magistral neft kəməri sistemi üzrə ötən ilin analoji dövründəki 43,3 milyon tona nisbətdə təxminən 46,4 milyon ton neft nəql edib. Bu barədə SC-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

"QazTransOyl" magistral neft kəməri sistemi üzrə qaz dövriyyəsi yanvar-noyabr aylarında 2008-ci ilin analoji dövründəki 29,6 milyard ton kilometrə nisbətdə 30,6 milyard ton kilometr təşkil edib.

11 ay ərzində "Atırau-Samara" məntəqəsi üzrə "Uzen-Atırau-Samara" neft kəməri ilə Rusiya, Ukrayna və Belarusun boru kəmərləri sistemləri üzrə gələcək tranzit üçün ötən ilin analoji dövründəki 15,3 milyon tona nisbətdə təxminən 16 milyon ton neft ötürülüb.

Yanvar-noyabr aylarında "Atırau-Samara" net kəməri üzrə yükboşaltmanın həcmi ötən ilin analoji dövründəki təxminən 5,6 milyon tona nisbətdə 7 milyon tondan çox təşkil edib.

Yanvar-noyabrda Qazaxıstan ərazisində yerləşən "TON-2" (Tuymaz-Omsk-Novosibirsk) neft kəməri sahəsi üzrə Rusiya neftinin tranziti ötən ilin analoji dövründəki 4,5 milyon tona nisbətdə 4,8 milyon tondan çox təşkil edib.

Xəbər lenti

Xəbər lenti