...

BP "Şahdəniz" yatağında quyunun likvidasiyası üzrə plana düzəlişlər edib

Energetika Materials 28 Yanvar 2010 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" dəniz yatağının işlənmə layihəsinin operatoru olan bp şirkəti yataqda yerləşən hasilat quyularından birinin tam likvidasiyasına dair plana dəyişiklik edib. Bu barədə cümə axşamı neft-qaz bazarındakı mənbə bildirib.

"Əvvəllər işlər quyunun ləvg edilməsi planı üzrə başlamışdı, lakin proses zamanı məlum olub ki, onu ləvğ etməmək də olar", - mənbə deyib.

Onun sözlərinə görə, ləğvetmə qərarının qəbul edilməsinə səbəb kolonlararası məkanda təzyiqin olması olub. Bu quyu da 5 hasilat quyusunun yerləşdiyi platformada olduğu üçün onun ləvğ edilməsi barədə qərar qəbul edilmişdi. "Böyük risk var idi və layihənin operatoru düzgün qərar qəbul etmişdi", - mənbə deyib.

Quyuların ləvğ edilməsi prosesində məlum olub ki, quyunu sonadək ləvğ etməmək olar. Quyunun 2500 metrə yaxını ləğv edilib, qalan 4 min metr isə konservləşdirilib. Mənbə deyib ki, hazırda quyunun konservləşdirilməsi prosesi yekun mərhələdədir.

Mənbənin sözlərinə görə, perspektivdə yan sütunun qazılması yolu ilə quyuda hasilatı bərpa etmək olar.

"Şahdəniz" yatağından hasil edilən qaz hazırda Gürcüstan və Türkiyəyə nəql edilir. Qazın bir hissəsini isə layihə çərçivəsində Azərbaycan əldə edir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti