...

Azərbaycan Gürcüstana qaz nəqlini artırıb

Energetika Materials 1 Mart 2010 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart / Trend /

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstana 2009-cu ilin yanvarındakı təxminən 167,32 milyon kubmetr qaza nisbətdə 2010-cu ilin yanvarında təxminən 172,8 milyon kubmetr qaz nəql edib. Bu barədə ARDNŞ-nin məlumatında bildirilib.

Gürcüstana yanacağın verilməsi 2008-ci ilin aprelindən başlayıb.

Ötən ilin noyabrında Azərbaycanla Gürcüstan arasında müqavilə imzalanıb. Müqavilə 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin realizəsi üçün Gürcüstan hökumətinin müəyyənləşdirdiyi qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edəcək törəmə müəssisə yaradır.

Xəbər lenti

Xəbər lenti