...

ARDNŞ İsveçrədə neft emaletmə gücünə kapital qoyuluşuna maraq göstərir - energetika üzrə federal ofisin direktoru

Energetika Materials 12 May 2010 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İsveçrədə neft emaletmə gücünə kapital qoyuluşuna maraq göstərir. Bu barədə çərşənbə günü Bakıda energetika üzrə İsveçrə federal ofisinin direktoru Valter Steyman bildirib.

"ARDNŞ, həmçinin biz emaletməyə kapital qoyuluşunda maraqlıyıq", - o bildirib.

Steyman ümidlə bəyan edib ki, yaxın vaxtlarda layihənin ekoloji tərəfləri də həll olunacaq. Onun sözlərinə görə, bu sahədə hər hansı bir fəaliyyət üçün hər şeydən öncə ekoloji məsələləri həll etmək lazımdır.

Fevralın 1-nə olan nəticələrə əsasən, İsveçrə neftinin ümumi idxalının 39 faizi Azərbaycan neftinin payına düşür. 2009-cu ilin yekun nəticələrinə görə, göstərici 20 faiz təşkil edib. İdxal olunan neft əsasən nəqliyyat sahəsindəki ehtiyacları ödəmək üçün və istilik enerjisinin alınmasında istifadə olunur.

Xəbər lenti

Xəbər lenti