...

ARDNŞ-in Qara dəniz terminalı ilk dəfə neftin boşaldılıb-yüklənməsinə başlayıb

Energetika Materials 20 May 2010 11:17 (UTC +04:00)
ARDNŞ-in (Dövlət Neft Şirkəti) Qara dəniz terminalı Gürcüstanda (Kulevi) "Tengiz" yatağından Qazaxıstan neftinin boşaldılıb-yüklənməsinə başlayıb. Bu barədə cümə axşamı terminaldan məlumat verilib.
ARDNŞ-in Qara dəniz terminalı ilk dəfə neftin boşaldılıb-yüklənməsinə başlayıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-in (Dövlət Neft Şirkəti) Qara dəniz terminalı Gürcüstanda (Kulevi) "Tengiz" yatağından Qazaxıstan neftinin boşaldılıb-yüklənməsinə başlayıb. Bu barədə cümə axşamı terminaldan məlumat verilib.

"Tengiz neftinin boşaldılıb-yüklənməsinə başlanılıb və ilin sonunadək ən azı iki milyon ton neftin boşaldılıb-yüklənilməsi planlaşdırılır", - mənbə deyib. Neft terminala dəmir yolu ilə çatdırılır.

Onun sözlərinə görə, terminal fəaliyyət göstərdiyi vaxtdan ilk dəfədir neftin boşaldılıb-yüklənməsinə başlayıb.

Başlanılan əməliyyatlar nəticəsində yük dövriyyəsi, demək olar, üç dəfə artıb; bu təkcə şirkətə deyil, həm də əlavə iş yerlərinin açılması və büdcədən ödənişlərin artırılması səbəbindən, yerli regiona gəlir gətirəcək ki, bu da ümumilikdə, ölkənin iqtisadi inkişafına önəmli töhfədir. Bu barədə terminalın saytında yerləşdirilmiş məlumatda deyilir.

Bundan əvvəl Gürcüstan hökumətinin məlumatında göstərildiyi kimi, 2009-cu ildə Kulevi neft terminalı 2008-ci ildəki 1,3 milyon tonla müqayisədə 2,1 milyon ton neft yükləyib-boşaldıb. Ötən il terminalda 99 gəmi yüklənilib-boşaldılıb. 2008-ci ildə bu rəqəm 65 gəmi olub.

Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür. Məhsuldarlıq saatda 1 000-dən 8 000 kubmetrədək neft doldurulması təşkil edir. Dəmir yolu estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti