...

ARDNŞ-nin "Kompleks qazma işləri" Tresti bu il 80-ə yaxın quyu qazacaq

Energetika Materials 26 May 2010 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Bu il ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Kompleks qazma işləri" Tresti 22 sahədə 78 axtarış-kəşfiyyat və istismar quyusu qazmağı planlaşdırır. Bu barədə ARDNŞ tərəfindən çərşənbə günü yayılan məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, plan çərçivəsində 117 259 metr həcmində qazma işlərinin aparılması planlaşdırılır. Bunlardan 107 886 metri istismar qazma işlərinin, yerdə qalan 9373 metr kəşfiyyat işlərinin payına düşür.

Trest tərəfindən artıq 2010-cu ilin planının yarısı yerinə yetirilib. Qazma işləri Quba-Xəzəryanı, Abşeron, Yevlax-Ağcabədi, Aşağı Kürətrafı neft-qaz rayonlarını, həmçinin Bakı və Abşeron arxipelaqlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti