...

Azərbaycan və Türkmənistan energetika sahəsində əməkdaşlığın potensialını öyrənir

Energetika Materials 29 May 2010 12:08 (UTC +04:00)
Enerji gücləri olan Azərbaycan və Türkmənistan energetika sahəsində əməkdaşlığın potensialını öyrənir. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin türkmən KİV vasitəsilə yayılan məruzəsində deyilir.
Azərbaycan və Türkmənistan energetika sahəsində əməkdaşlığın potensialını öyrənir

Türkmənistan, Aşqabad, 29 may /Trend, müxbir H.Həsənov/

Enerji gücləri olan Azərbaycan və Türkmənistan energetika sahəsində əməkdaşlığın potensialını öyrənir. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin türkmən KİV vasitəsilə yayılan məruzəsində deyilir. Bu məruzə Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümünə həsr olunub.

"Enerji gücləri olan ölkələrimiz öz neft-qaz komplekslərinin təşkili, təkmilləşdirilməsi və gələcəkdə inkişaf etdirilməsi üzrə səyləri birgə cəmləşdirir, energetika sahəsində əməkdaşlığın potensialının və inkanlarının öyrənilməsini və onların dünyaya lazımi şəkildə təqdim olunmasını həyata keçirir", - diplomat qeyd edib.

Onun sözlərinə görə, dövlət başçılarının dəfələrlə qeyd etdikləri kimi, Türkmənistan və Azərbaycanın Avropa və Asiyanın qovuşuğunda, əlverişli coğrafi mövqedə yerləşməsi hər iki ölkənin geosiyasi xüsusiyyətləri dövlət və milli inkişafın, eləcə də digər maraqlı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının rakursunda effektiv imkanları şərtləndirir.

Sultanzadə qeyd edib ki, Azərbaycan iqtisadi inkişafın templərinə görə təkcə MDB-nin deyil, həm də Şərqi Avropanın aparıcı ölkələrindən birinə çevrilib.

Onun qeyd etdiyi kimi, Azərbaycan ilə Türkmənistan arasında dövlətlərarası münasibətlər iki xalq arasında ənənəvi mənəvi yaxınlıq və tarixi yaxınlığın ümumiliyi ilə əsası qoyulan ənənəvi qardaşlıq əlaqələri ilə zəngindir".

İki ölkə müstəqillik illəri ərzində 40-dan çox dövlətlərarası, hökumətlərarası və idarələrarası səviyyədə ikitərəfli sənədlər imzalayıb, sosial-iqtisadi və siyasi inkişafın əsas sahələrində səmərəli əməkdaşlıq edir.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası aktiv fəaliyyət göstərir.

Mədəni mübadilə də böyük rol oynayır. Xüsusən də Aşqabadda keçirilən Azərbaycan Kinosu Günləri, məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının Məhtimqulu adına Türkmənistan Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulması, Bakı Dövlət Universitetinin dosenti Füruzə Əhmədovanın "Məhtimqulunun yaradıcılığı" kitabının, Məhtimqulu və Molla Nəfəsin poetik əsərləri toplusunun təqdimatı, Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi və cari ildə Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin keçirilməsini göstərmək olar.

Diplomat Türkmənistanın Dövlət Nəşriyyat Xidmətinin "Görkəmli adamların həyatı" silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitab çap etməsi faktına xüsusi diqqət yetirib.

Xəbər lenti

Xəbər lenti